UCH · QR MENYUPaketlər
Restoran · kafe · lounge · otel

Menyunuz artıq qonağın cibində.

Animasiyalı, sürətli və brendinizə uyğun QR menyu. Qonaq masadakı QR kodu skan edir, menyunu 3 dildə görür, istədiyini seçib ofisianta göstərir. Telefona tətbiq kimi əlavə olunur, saytınıza bir sətirlə qoşulur.

Kağız menyudan fərqi

Qiymət dəyişdi? Yeni yemək gəldi? Çap etmədən, bir neçə dəqiqəyə yenilənir.

✨

Canlı animasiyalar

Açılış, kateqoriyalar arası axıcı keçid, məhsul kartları ekrana gəldikcə görünür.

🌍

AZ · RU · EN

Turist və yerli qonaq üçün bir toxunuşla dil dəyişimi.

📸

Hər məhsula şəkil

Təmsili şəkil və ya sizin real foto. Qonaq nə sifariş etdiyini görür.

🧾

Seçimlərim siyahısı

Qonaq yeməkləri seçir, xidmət haqqı ilə yekunu görür, ofisianta göstərir.

📲

Tətbiq kimi işləyir (PWA)

App Store lazım deyil. Telefonun ana ekranına əlavə olunur, zəif internetdə də açılır.

🌐

Öz domeninizdə

Menyu sizin ünvanınızda açılır. Domen və hostinqi biz həll edirik, saytınıza da bir sətirlə qoşulur.

🎨

Sizin brendiniz

Loqo, rənglər, şrift tonu. Menyu sizin restoranın davamı kimi görünür.

🪑

Masa QR kartları

Hər masa üçün nömrəli, çapa hazır QR kart dizaynı.

📶

Wi‑Fi, ünvan, zəng

Wi‑Fi şifrəsi bir toxunuşla kopyalanır, xəritə və zəng düyməsi.

Necə işləyir

Menyunu göndərin

Excel, foto və ya kağız menyu. Qalanını biz hazırlayırıq.

Biz qururuq

Dizayn, tərcümə, şəkillər, QR kartlar. Təsdiqinizə göndəririk.

Masalara qoyun

QR kartları masalara, kodu saytınıza. Yeniləmələri biz edirik.

Membership paketləri

Aylıq və ya illik abunə. Bütün paketlərdə limitsiz məhsul, 3 dil, öz domeniniz, hostinq və texniki dəstək var.

Saytınıza bir sətirlə

WordPress, Tilda, Wix və ya öz saytınız. Kodu </body> tegindən əvvəl yerləşdirin.


    

Suallar

Qonaq tətbiq yükləməlidir?

Xeyr. Kamera ilə QR kodu skan edir, menyu brauzerdə açılır. İstəsə ana ekrana əlavə edir.

Qiymətləri necə dəyişirik?

Yeni qiyməti bizə göndərirsiniz, paketə daxil olan yeniləmə ilə dərhal yenilənir. QR kodlar dəyişmir.

Öz şəkillərimizi istifadə edə bilərik?

Bəli. Başlanğıcda təmsili şəkillər qoyuruq, real fotolarınız gəldikcə əvəz edirik. UCH foto çəkilişi də edə bilər.

Domen və hostinq necə olur?

Hər paketdə menyu sizin öz domeninizdə işləyir, domen və hostinqi biz həll edirik. Premium paketdə domen UCH-dən hədiyyədir. Start və Pro paketlərində domen haqqını restoran ödəyir.

Şablonlar arasında fərq nədir?

Start paketində hazır bir UCH şablonu istifadə olunur, üstünə sizin məhsullarınız əlavə edilir. Pro paketində bir neçə şablon arasından seçirsiniz. Premium paketində sayt sizin üçün sıfırdan yığılır.

Bir neçə filialımız var.

Hər filial üçün ayrıca menyu, qiymət və QR kodlar qurulur.

Pulsuz demo sizin menyunuzla

Menyunuzun fotosunu göndərin, sizin adınızla demo hazırlayaq.

Demo istə